Image

Azərbaycanda Milli Kvalifikiasiya Çərçivəsinin İcrasına Dəstək Layihəsi

Avropa İttifaqı texniki yardım vasitəsilə Azərbaycan Respublikasının Təhsil Nazirliyini dəstəkləmək üçün “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” Layihəsini maliyyələşdirir.
30 ay davam edəcək və 2 675 665 Avro büdcəyə malik Layihə “GOPA Worldwide Consultants” şirkətinin rəhbərlik edtiyi konsorsium tərəfindən həyata keçirilir. Konsorsiuma British Council, European Project Management Ltd və SEFT Consulting daxildir.

Layihənin əsas məqsədi Azərbaycanda iqtisadiyyatın diversifikasiyanı dəstəkləmək, ömürboyu təhsil üçün imkanları yaratmaq, qabaqcıl Avropa və beynəlxalq təcrübəyə uyğun Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrasını təmin etmək məqsədilə təhsil və təlim sisteminin keyfiyyətini artırmaqdır.

Layihə aşağıdakı xüsusi məqsədləri dəstəkləyəcək:

  • Milli Kvalifikasiya Çərçivəsinin (MKÇ) effektiv şəkildə icrasını təmin etmək;
  • müvafiq təhsil standartlarını pilot sahələrdə tətbiq etmək;
  • təhsil/kvalifikasiya standartları vasitəsilə səriştə əsaslı təhsili təmin etmək;
  • əvvəlki təlimin tanınması sisteminin yaradılmasına dəstək vermək;
  • keyfiyyət təminatı və sertifikatlaşdırma prosesini təkmilləşdirmək;
  • MKÇ-dən istifadəyə dair təhsilverənlərə, təhsilalanlara və işəgötürənlərə effetiv informasiya və məsləhətləri çatdırmaq.

Layihə, təhsilalanlar, işəgötürənlər və təhsilverənlər üçün milli kvalifikasiya sistemlərini anlaşılan edərək kvalifikasiyaya ictimai inamın yaradılması, kvalifikasiyalar üzrə standartları hazırlamaq, əvvəlki təlimin tanınması yolu ilə ömürboyu təhsilə dəstək vermək kimi ümumi məsələləri əhatə edir.