Komponent 5

Qiymətləndirmə və sertifikatlaşdırma proseslərində Keyfiyyətə Təminatın Təkmilləşdirilməsi

 

5-ci Komponent bütün kvalifikasiya sistemlərinin ən vacib aspekti, xüsusən də keyfiyyətə təminat məsələlərindən bəhs edir və qiymətləndirmə və sertifikatlaşdırma prosesləri xüsusi vurğulanır. Tərifə görə nəticə-əsaslı kvalifikasiyanın əsas hədəfi yekun nailiyyətləri nümayiş etdirməkdir. Bu kontekstdə nailiyyətlərin qiymətləndirilməsi təlim/tədris proseslərini qiymətləndirməkdən daha vacib əhəmiyyət kəsb edir. Artıq əsas vurğunun tədrisin özünə deyil, nəticəyə qoyulması sistemin bütün hissələrinə meydan oxuyacaq, bununla da əsas diqqət təklifdən daha çox tələbə köklənəcəkdir.

 

Əsas nəticələr aşağıdakılardan ibarət olacaqdır:

  • Qiymətləndirmənin daha təkmil icrası üçün yeni qaydalar, metodologiyalar və təlimatlar beynəlxalq qabaqcıl təcrübələrə uyğun şəkildə hazırlanmış və Benefisiar ilə razılaşdırılmışdır;
  • İPTT səvyyəsində subbakalavr və AT kvalifikasiyaları üçün yeni qiymətləndirmə yanaşmaları sınaqdan keçirilmişdir;
  • QFİTT üçün Keyfiyyətə Təminat ilə bağlı təlimatları özündə ehtiva edən Qiymətləndirmə və sertifikatlaşdırma proseslərinin daxili və xarici Keyfiyyətinə Təminat üçün təlimatlar hazırlanmışdır;
  • Qiymətləndirmə və tanıma (validator) mütəxəssisləri üçün standartlar və təlim proqramı sınaqdan keçirilmişdir.

 

Həyata keçiriləcək fəaliyyətlər aşağıda təqdim edilmişdir:

Fəaliyyət 5.1
Benefisiar üçün qiymətləndirmə və sertifikatlaşdırma proseslərinin Keyfiyyətinin Təminatı mövzusunda Aİ-nin Üzv Dövlətlərinə ən azı bir təlim səfərinin təşkil edilməsi
 
Fəaliyyət 5.2
Qiymətləndirmənin uğurlu beynəlxalq təcrübələrə uyğun olaraq daha təkmil səviyyədə aparılması üçün yeni qaydalar, metodologiya və təlimatların hazırlanması; qiymətləndirmə və sertifikatlaşdırma proseslərinin daxili və xarici Keyfiyyətinə Təminat üçün təlimatların hazırlanması və QFİTT üçün KT ilə bağlı təlimatın da bu proseslərə inteqrasiya edilməsi
 
Fəaliyyət 5.3
Qiymətləndiricilər və səriştələri təsdiq edəcək şəxslər (validatorlar) üçün standartların hazırlanması və təlim proqramının sınaqdan keçirilməsi; qiymətləndiricilər qrupuna təlimin keçilməsi və iş dünyasından qiymətləndiricilərin iştirakı ilə subbakalavr və Ali Təhsil ixtisasları üçün İPTT-də yeni qiymətləndirmə yanaşmalarının sınaqdan keçirilməsi
 

 


Çap   E-mail